Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 14:56
Dünən "Neftçi"nin məşq bazasında koronaviorusla bağlı karantin vaxtı oyunçuların qaçmasıyla bağlı qısa video yayılıb. Bu səhər məlum olub ki, həmin videonu "İnstagram"dakı səhifəsində "Neftçi"nin fransalı hücumçusu Baqali Dabo yerləşdirib.
Qol.az xəbər verir ki, bu gün Dabo özünün sosial şəbəkə səhifəsində açıqlama yayıb.
“Gördüm ki, bir media orqanı statusumda yayımladığım videonu paylaşdı. Bu video karantin müddətindən əvvəl qeydə alınıb. Bunun klubuma pis təsir edə biləcəyini düşündüm Ona görə də bu yazını sizinlə bölüşməyə qərar verdim. Bir daha deyirəm ki, məşqdən paylaşdığım video karantin tətbiq olunmazdan əvvəl çəkilib. Uzun müddətdir ki, futbolsuz qalmışam və məşqlər, matçlar üçün çox darıxıram. Hər kəsi əmin etmək istəyirəm ki, bir aydan çoxdur məşq bazamıza baş çəkməmişəm".