Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda futbola tətbiq olunan qadağa qüvvədə qaldı

Azərbaycanda futbola tətbiq olunan qadağa qüvvədə qaldı

Tarix: 1 May 2020 18:26

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bugünkü brifinqdə Azərbaycan Premyer Liqasının bərpası məsələsi ilə bağlı sualı cavablandırıb.

Qol.az xəbər verir ki, o kütləvi tədbirlərə olan qadağanın aradan qaldırılmadığını bildirib: "Kütləvi tədbirlərlə bağlı qərar hələ ki, qüvvədə qalır. Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacaq, bu, artıq vəziyyətdən asılıdır".

Xatırladaq ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də birinci divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

 


Etiketlər:  Azərbaycanda futbola tətbiq olunan qadağa qüvvədə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ