Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayon sakinləri Bakıya gələ bilər? - DYP-dən AÇIQLAMA

Rayon sakinləri Bakıya gələ bilər? - DYP-dən AÇIQLAMA

Tarix: 1 May 2020 22:44

"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeronda karantinlə bağlı elan edilən qadağalar qüvvədədir".

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev koronavirusla əlaqədar karantin rejiminin yumşadılmasından danışarkən deyib. 

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayon istisna olmaqla yerdə qalan rayonların vətəndaşları öz ərazilərində gəzmələri icazəsiz həyata keçiriləcək:

"Qərarda adı olmayan rayonların vətəndaşları icazə alamadan istədikləri yerə gedəcək. Amma Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron ərazisində bu məhdudiyyətlər aradan qaldırılmayıb. Yəni, adı gedən şəhərlərdə yaşayan vətəndaşlar mayın 31-nə kimi SMS və "icaze.gov.az"dan istifadə etməklə evdən çıxacaq. Rayon sakinlərinin Bakıya gəlişinə, eləcə də Bakıdan rayona getməyə icazə verilmir". 


Etiketlər:  Rayon sakinləri Bakıya gələ bilər dən AÇIQLAMA


RƏYLƏR