Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 04:16
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası pandemiya ilə mübarizə tədbirlərinə dair qətnamə layihəsi ilə bağlı məsləhətləşmələr aparır, lakin hələki konsensus əldə edilməyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu videokonfrans formatında keçirilən brifinq zamanı Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Yurgenson deyib.
S.Yurgenson bildirib: "İki qətnamə təklif edilib: Təhlükəsizlik Şrasının 10 qeyri-daimi üzvünün layihəsi və 5 daimi üzvünün layihəsi. İndi variantların hər ikisi birləşdirilib. Masada bir qətnamə var, amma hələlik bununla bağlı konsensus əldə edilməyib. Təhlükəsizlik Şurasının bəzi üzvləri arasında siyasi fikir ayrılığı var".
Daimi nümayəndə qeyd edib ki, qətnamə üzərində iş davam edir: "Ümid edirəm ki, bu fikir ayrılıqları ən qısa zamanda həll ediləcək. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurası bu mövzuda aktiv fəaliyyət göstərməlidir".