Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstanda koronavirusa daha 13 nəfər yoluxub

Qırğızıstanda koronavirusa daha 13 nəfər yoluxub

Tarix: 2 May 2020 08:40

Bakı. Trend:

Qırğızıstanda ötən sutka yeni növ koronavirusa daha 13 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İdarəsinin rəhbəri Aynura Akmatova deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 769 nəfərə çatıb.

A.Akmatova qeyd edib ki, ötən gün həmçinin 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb: "Onların hamısının təkrar testlərinin nəticələri mənfi olu. Ümumilikdə ölkədə 527 nəfər koronavirusdan sağalıb".

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 8 nəfər dünyasını dəyişib. Ötən gün ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.


Etiketlər:  Qırğızıstanda koronavirusa daha nəfər yoluxub


RƏYLƏR