Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toy sahibinin evində oğurluq - İki il sonra tutuldu

Toy sahibinin evində oğurluq -  İki il sonra tutuldu

Tarix: 2 May 2020 11:00

Şəmkir rayonunda iki il əvvəl evdən oğurluq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs müəyyən olunub. 

Əvvəllər məhkum olunmuş rayon sakini, 39 yaşlı Anar Məmmədzadə Şəmkir ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığını oğurlayıb.

Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  sahibinin evində oğurluq İki sonra tutuldu


RƏYLƏR