Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 11:28
İspaniyanın nüfuzlu AS nəşri 2010-19-cu illərdə “Yuventus”da oynamış ən güclü futbolçulardan ibarət rəmzi komandanı müəyyənləşdirib.
Qol.az xəbər verir ki, qapıda Canluici Buffon, müdafiənin sağında Ştefan Lixtştayner, solunda Aleks Sandro, mərkəzdə Andrea Bardzalyi və Corco Kyellini yer alıblar. Yarımmüdafiədə üstünlük Pol Poqba, Arturo Vidal və Andrea Pirloya verilib.
Hücum üçlüyünü isə Kriştiano Ronaldo, Paulo Dibala və Karlos Teves təşkil edib.