Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avro-2020 ilə bağlı UEFA-dan yeni açıqlama

Avro-2020 ilə bağlı UEFA-dan yeni açıqlama

Tarix: 2 May 2020 14:46

UEFA Avropa çempionatının final mərhələsinin oyunlarını 2021-ci ildə planlaşdırıldığı kimi eyni 12 şəhərdə keçirməyi hədəfləyir.

Sonxeber.net Qol.az-a istinadən istinadən xəbər verir ki, qitə futbol qurumu düşünür ki, həlledici matçlar təqvimi də dəyişməməlidir.

Avro-2020-nin təşkilatçı şəhərləri, əvvəllər bildirildiyi kimi, təxirə salınmış turnirin oyunlarının qəbul etməsi ilə bağlı aprelin 30-dək UEFA-ya zəmanət verməli idi: "Avro-2020-nin 11 iyun- 11 iyul 2021-ci il tarixlərində olacağı gözlənilir. Turniri həminki təqvimlə və həmin 12 şəhərdə keçirməyə köklənmişik. Ancaq bu günə qədər turnir təqvimi rəsmən təsdiqlənməyib. Bu məsələylə bağlı 12 şəhərin hamısıyla əlaqə saxlamaqda davam edirik" - deyə mətbuat xidmətindən bildirilib.

UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda baş tutması planlaşdırılır.


Etiketlər:  Avro 2020 ilə bağlı UEFA yeni açıqlama


RƏYLƏR