Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alkoqol ağciyəri koronavirusdan qoruyur?

Alkoqol ağciyəri koronavirusdan qoruyur?

Tarix: 2 May 2020 20:57

Pandemiya dövründə bir çoxları virusdan qorunmaq üçün spirtli içkilər içib qorunmağın mümkün olduğunu düşünürlər. Onlar hesab edir ki, koronavirusdan qorunmaq, profilaktika üçün güclü spirtli içkilər içmək daha faydalıdır.

Mütəxəssislər isə əslində koronavirusdan qorunmaq məqsədilə içilən spirtli içkinin yalnız zərər verdiyini bildirirlər. Spirt heç də ağciyərləri dezinfeksiya etmir və qaraciyəri yükləyir. Spirt qaraciyərə və bütün bədənə əlavə yükdür, hətta koronavirusa yoluxma vaxtı təhlükəlidir.

Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, Nyu-Yorkdakı xəstəxanalardan birinin həkimi Marlen Kaplan deyib ki, pandemiya dövründə bütün risklər nəzərə alınmalıdır: "Koronavirus da başqa xəstəliklər kimi bütün orqanlara əlavə yük yaradır. Və bədənimiz mübarizə apararkən, qaraciyər bu mübarizənin yan məhsullarını filtrə etməklə daha ağır yük hiss edir".

Onun sözlərinə görə, spirtli içki yalnız ağız boşluğunu və boğazı dezinfeksiya etməyə kömək edə bilər. Spirtin ağciyərləri dezinfeksiya etmək, qorumaq effekti yoxdur. Həkim, boğazı sodalı məhlul ilə qarqara etməyi məsləhət görüb.

Rusiya Səhiyyə Nazirliyinin Baş narkoloqu olmuş Yevgeni Brun da spirtli içkilərə aludəçiliyin COVİD-19-a tutulma ehtimalını artırdığını bildirib. Həkim qeyd edib ki, -alkoqolda hüceyrələri məhv edən etanol var, buna görə də infeksiyaların bədənə daxil olması daha asanlaşır. Bundan əlavə, davamlı spirtli içki ciddi asılılıq yarada bilər.


Etiketlər:  Alkoqol ağciyəri koronavirusdan qoruyur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ