Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 20:40
“Ayaks” məşqləri bərpa edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komandanın 24 futbolçusu 2 qrupa bölünüb və fərqli günlərdə hazırlıq keçir. Məşq zamanı 3 futbolçu və 1 məşqçi birgə hazırlaşır.
Futbolçular meydana tibbi əlcəklə çıxır və sosial məsafəyə riayət edirlər.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Niderland Erediviziyasında 2019/20 mövsümü ləğv edilib və lider "Ayaks" çempion elan olunub.