Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 08:12
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, ölkənin digər ərazilərində rayonlar və şəhərlərarası gediş-gəliş 4 may saat 00.00-dan bərpa olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Lakin bu qərar ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə aid deyil. Yəni, rayonlar və şəhərlərarası ictimai nəqliyyatla sərnişindaşıma mayın 31-dək qadağandır.
Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.