Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 12:44
Bakı. Trend:
Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilən fövqəladə vəziyyət rejimi mayın 31-dək uzadılıb.
Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Sindzo Abe hökumətin iclası zamanı elan edib.
Ölkədə hazırda qüvvədə olan fövqəladə vəziyyət mayın 6-da başa çatmalı idi.
Xatırladaq ki, Yaponiyada aprelin 7-də bir ay müddətinə fövqəladə vəziyyət elan edilib.
Bu günədək Yaponiyada 14 800-dən çox koronavirusa yoluxma qeydə alınıb. Onlardan 487 nəfəri ölüb, 4 minə yaxın xəstə sağalıb.