Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 13:22
İtaliyanın “Udineze” klubu koronavirus pandemiyası səbəbindən dayandırdığı məşqlərə başlamaqdan imtina edib.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Bildirib ki, müvafiq tibbi protokollar müəyyənləşənə və növbəti qərar açıqlanana qədər məşqlərə başlamaqdan imtina edilib.
Qeyd edək ki, İtaliya hökuməti mayın 4-dən etibarən klublara fərdi məşqlərə icazə verib.