Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antonio Quterreş: COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik

Antonio Quterreş: COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik

Tarix: 4 May 2020 20:26

COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində deyilir.

Baş katib videomüraciəti zamanı qeyd edib:

"Bu görüşü təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.

Cəmiyyətlərimiz ağır sınaqdan keçməkdədir. COVID-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb. O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.

Etiraf etməliyik ki, inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməyib. Həm pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərindəki boşluqları, həm də cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Biz COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik.

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Bizim üç təxirəsalınmaz prioritetimiz var: COVID-19 pandemiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini aradan qaldırmaq və bərpa mərhələsindən daha güclü əsasları qurmaqda və heç kəsi kənarda qoymamaqda istifadə etmək.

Biz Dayanıqlı İnkişaf üçün 2030-cu il gündəliyinin və İqlim dəyişikliyi üzrə Paris Sazişinə dair gözləntilərin nəticəsiz qalmasına imkan verə bilmərik. Bu münasibətlə, mən BMT-nin bütün səylərinizi dəstəklədiyini bir daha bəyan edirəm. Sizə məhsuldar görüş arzulayıram".


Etiketlər:  Antonio Quterreş COVID səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını bərabərliyi təmin etməliyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ