Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik: Dəmiryol nəqliyyatı Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının ən stabil üsuludur

Nazirlik: Dəmiryol nəqliyyatı Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının ən stabil üsuludur

Tarix: 5 May 2020 11:20

Hazırda dəmiryol nəqliyyatı Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının ən təhlükəsiz və stabil üsuludur.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, standart şəraitdə Qazaxıstanla Azərbaycan arasında yük daşımaları aşağıdakı marşrutlar üzrə bütün nəqliyyat vasitələri ilə keçirilir:

- Rusiya ərazisindən tranzitlə dəmiryol nəqliyyatı;

- Qazaxıstanın Xəzər dənizində Aktau və Kurık limanları vasitəsilə qarışıq dəmiryol/avtomobil və dəniz nəqliyyatı;

- Qazaxıstandan Rusiya ərazisi ilə avtomobil nəqliyyatı;

- Almatı, Nur-Sultan və Aktau şəhərlərindən Bakıya hava nəqliyyatı, daha sonra Azərbaycan ərazisi ilə təyinat nöqtəsində dəmiryol (və ya avtomobil) nəqliyyatı.

Nazirlikdən bildiriblər ki, bunlardan başqa, Azərbaycanın "Silkway Airlines" yük aviaşirkəti Bakı-Almatı/Honq Konq/Şençjen, Bakı-Aktau-Bakı və Bakı-Atırau-Bakı marşrutları ilə həftədə 7 müntəzəm reys həyata keçirir.

Bununla yanaşı, Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə iş aparılır.

Qeyd olunub ki, koronavirusun yayılması ilə əlaqədar yük daşımalarının böyük hissəsinin keçirildiyi sərnişin aviaəlaqəsi bağlanıb:

"Hazırda avianəqliyyat vasitəsilə yalnız çarter sifarişi ilə, ya da müntəzəm yük aviareyslərində boş yer olarsa, yük daşımaq olar. Amma hazırda "Silkway Airlines" yük aviaşirkəti müntəzəm yük aviareysləri Qazaxıstan hava laimanlarına yalnız yanacaq doldurmaq üçün texniki eniş edir".

Əlavə olunub ki, avtomobil daşımalarında sanitar-epidemioloji prosedurların zəruriliyi ilə əlaqədar nəqliyyat şirkətləri müəyyən məhdudiyyətlərlə üzləşir, bu da daşımaların müddətində və dəyərində əks oluna bilər:

"Beləliklə, dəmiryol nəqliyyatı Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının, xüsusilə də konteynerlərin istifadəsi ilə daşımaların ən təhlükəsiz və stabil üsuludur".


Etiketlər:  Nazirlik Dəmiryol nəqliyyatı Azərbaycanla Qazaxıstan arasında yük daşımalarının stabil üsuludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ