Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:27
Bakı. Trend:
Koronavirusa yoluxma sayının artması karantin rejiminin yumşaldılması ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ticarət mərkəzlərinin mayın 11-də açılacağı məlum deyil:
"Rayonlarda ticarət mərkəzləri artıq açılıb. Həmin yerlərə təlimatlar təqdim edilib. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına gəlincə isə statistika pozitiv istiqamətdə olarsa, mayın 11-dən bu məsələyə baxıla bilər".
Qeyd edək ki, bu gün Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər sağalıb.