Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 17:42
Koronavirusa yoluxma sayının artması karantin rejiminin yumşaldılması ilə bağlıdır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, ticarət mərkəzlərinin mayın 11-də açılacağı məlum deyil:
"Rayonlarda ticarət mərkəzləri artıq açılıb. Həmin yerlərə təlimatlar təqdim edilib. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına gəlincə isə statistika pozitiv istiqamətdə olarsa, mayın 11-dən bu məsələyə baxıla bilər".
Qeyd edək ki, bu gün Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər sağalıb.