Tarix: 6 May 2020 13:44
“Mançester Yunayted" Premyer Liqada yaranan fasilə zamanı ölkələrinə gedən oyunçularını geri çağırıb.
Qol.az “The Times”ə istinadən xəbər verir ki, klub futbolçularından bir həftə ərzində İngiltərəyə qayıtmalarını tələb edib.
“Qırmızı şeytanlar” məşqlərin bərpa edilməsinin vaxtının hələ bilinməməsinə baxmayaraq, oyunçuların Mançesterə gəlməsini istəyir.
Premyer Liqa mövsümü martın 13-də dayandırılıb. Bundan sonra Bruno Fernandeş , Fred , Viktor Lindelef və Serxio Romero İngiltərəni tərk edib.
Fernandeşin artıq Portuqaliyadan Mançesterə qayıtdığı qeyd olunub. Fred Braziliyada, Lindelef İsveçdə, Romero isə Argentinada karantindədir.