Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 11:56
“Şaxtyor”un baş məşqçisi Paulu Fonseka “Roma”ya keçməyə yaxındır.
Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Roma”nın italiyalı mütəxəssislə Madriddə görüşdüyü və 3 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilir. 46 yaşlı məşqçinin paytaxt klubunda ilinə 2.5 milyon maaş alacağı da qeyd olunub.
Fonseka 2016-cı ildən “Şaxtyor”u çalışdırır. Donetsk klubu bu müddətdə 3 dəfə Ukrayna çempionluğunu, eyni sayda da ölkə kubokunu qazanıb.