Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 21:36
Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünənki görüşlərdə olduğu kimi daha bir heç-heçəyə imza atıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qara fiqurlarla oynayan T.Rəcəbov bu gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub. Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə "sülh" bağlayıb.
Bu gün keçirilən dördüncü turda isə dünya komandası Rusiya, Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçıları ilə qarşılaşır.