Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nevropatoloq: karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündür

Nevropatoloq: karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündür

Tarix: 6 May 2020 23:39

Hazırda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə uğurlu nəticə əldə olunur. Hər gün xeyli sayda xəstə sağalaraq evə buraxılır. Bunun səbəbi həm həkimlərin yorulmadan çalışması, həm də vətəndaşların hökumətin tətbiq etdiyi karantin rejiminə riayət etməsidir. "Gözəgörünməz" düşmənlə mübarizədə qazanılan üstünlük nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejiminin məhdudiyyətlərinin bir hissəsi yumşaldılıb, bəzi sahələr fəaliyyətə başlayıb. Lakin arxayınlaşmaq üçün hələ tezdir. Çünki hələ də virusa yoluxma halları var və bu təhlükə bitməyib.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.

"Hər kəsə həm özlərini, həm də yaxınlarını düşünərək məcburi olmadıqda evdən çıxmamağı tövsiyə edirəm. Çünki bununla özümüzü və yaxınlarımızı qorumaqla yanaşı, virusla mübarizə aparan səhiyyə işçilərinə də kömək etmiş oluruq. Ona görə də əvvəlki kimi qaydalara, tövsiyələrə əməl etmək vacibdir. Evdən zəruri olmadıqca çıxmamaqla, karantin rejiminin qaydalarına əməl etməklə yoluxma zəncirini qırmaq mümkündür. Belə bir atalar sözü var: "Güc birlikdədir". Bizdə bu qlobal bəla ilə mübarizədə gücümüzü birləşdirməli, onun tezliklə aradan qaldırılması üçün birgə mübarizə aparmalıyıq. O zaman özümüzü və ətrafımızdakıları qorumağa və tezliklə bu çətin günləri geridə qoymağa nail ola bilərik. Başladığımız mübarizəni usanmadan sonacan davam etdirək və qalib ayrılaq ki, həyat da öz əvvəlki axarına düşsün", - deyə Y.Rəşidova bildirib.


Etiketlər:  Nevropatoloq karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ