Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 08:56
Apple və Google şirkətləri bütün dünyada fəaliyyət göstərən səhiyyə təşkilatlarına COVID-19-a yoluxmuş insanlarla qarşılıqlı əlaqə bildirişlərini əks etdirəcək tətbiqlərin yaradılması yolunda lazımi resursları təqdim ediblər. Bundan əlavə olaraq onlar iOS və Android əməliyyat sistemləri üçün ola biləcək bu cür tətbiqlərin interfeys və kod nümunələrini də təqdim ediblər. Bu barədə Macrumors saytı xəbər verib.
iOS 13.5 əməliyyat sistemi yenilənməsinə COVID-19 ilə bağlı faydalı funksiya əlavə ediləcək. Belə ki, istifadəçi ayarlardakı "Sağlamlıq" bölməsində COVID-19-un təsirlərinin qeydiyyatı funksiyasını aşkar edəcək. Həmin funksiya vasitəsilə istifadəçi yerli səhiyyə orqanının tətbiqi və son 14 gün ərzində istifadəçinin yoxlanış jurnalı barəsində məlumatlar əldə edə biləcək.
Əgər istifadəçi potensial olaraq COVID-19 təsirinə məruz qalıbsa, o, yerli səhiyyə orqanının tətbiqindən lazımi push bildirişi əldə edəcək. Bununla yanaşı istifadəçi COVID-19 üzə edilmiş test nəticəsini tətbiqlərdə qeyd edə bilər. Apple və Google şirkətləri yeni API-dan istifadə edərək bu cür tətbiqləri yaradacaq tərtibatçılardan bir sıra şərtlərin yerinə yetirilməsini də tələb edir. Həmin şərtlər aşağıdakı kimidir.
- Tətbiqlər dövlət səhiyyə orqanları tərəfindən və ya onlar üçün yaradılmalıdır. Onlardan yalnız COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə istifadə etmək olar
- İstifadəçilər yeni API-dan istifadə etmədən öncə tətbiqlər istifadəçi razılaşmasını əldə etməlidirlər
- Tətbiqlər COVID-19 barəsində olan müsbət test nəticələrini dövlət səhiyyə orqanlarına təqdim etməzdən öncə istifadəçilərin razılaşmalarını tələb etməlidirlər
- Tətbiqlər lazımi məlumatların minimal həcmlərini yığmalıdırlar. İstifadəçi məlumatlarından reklam targetinqi və digər məqsədlər üçün istifadə qadağandır
- Tətbiqlərə istifadəçilərin geolokasiya məlumatlarını əldə etmək qadağandır
- Yeni API-dan istifadə hər ölkə üçün bir ədəd tətbiq şəklində məhdudlaşdırılacaq.