Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 11:06
Xəbər verdiyimiz kimi, sabahdan Cənubi Koreya çempionatında yeni mövsümə start veriləcək.
Qol.az "goal.com"a istinadən xəbər verir ki, liqa rəhbərliyi koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qərarlar qəbul edib.
Futbolçulara oyun zamanı tüpürmək və əllə görüşmək qadağan edilib. Bununla yanaşı, həm də futbolçuların meydanda danışmaması tövsiyə olunub. Məşqçi heyəti və işçilər maska və əlcəkdən istifadə edəcəklər.
Qeyd edək ki, daha əvvəl K Liqanın başlaması fevralın 29-na nəzərdə tutulsa da, koronavirusa görə mövsümün startı təxirə salınmışdı.