Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 17:57
Bakı. İlhamə İsabalayeva – Trend:
Dövlət bağçalarının yay ayları ərzində açılması nəzərdə tutulmur.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, təhsil müəssisələrində təlim-tədrisin dayandrılması mayın 31-dək qüvvədədir: “Amma iyun ayının 1-dən sonra da dövlət bağçalarında təlim-tədrisin bərpası nəzərdə tutulmur”.