Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mbappe ən yaxşı bombardir seçildi

Mbappe ən yaxşı bombardir seçildi

Tarix: 8 May 2020 01:18

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa çempionatında 2019/2020 mövsümün ən yaxşı bombardiri seçilib.

Qol.az xəbər verir ki, bu barədə Liqa 1-in saytı məlumat yayıb. 21 yaşlı hücumçu bu mövsüm 18 qol vurub. Onunla eyni sayda "Monako"nun hücumçusu Vissam Ben Yedder fərqlənib. Ancaq Yedder 3 qolu penaltidən vurduğu üçün Mbappe ən yaxşı seçilib. "Lion"un oyunçusu Mussa Dembele (16 qol) 3-cü olub.

Qeyd edək ki, Mbappeyə liqanın ən yaxşı bombardiyi seçildiyi üçün "Qızıl buts" təqdim olunacaq.

 


Etiketlər:  Mbappe ən yaxşı bombardir seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ