Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: pandemiya ilə mübarizəyə ilin sonuna qədər 1.7 milyard dollara gərəkdir

ÜST: pandemiya ilə mübarizəyə ilin sonuna qədər 1.7 milyard dollara gərəkdir

Tarix: 8 May 2020 03:56

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə mübarizəyə 2020-ci il üçün yenilənmiş strateji planına əsasən 1.7 milyard dollar maliyyə tələb ediləcək.

Trend-in məlumatına görə, bu barədə Cenevrədəki diplomatik brifinq zamanı təşkilatın baş direktoru Tedros Adan Gebreyesus bildirib.

Bu plan 2020-ci ilin sonuna qədər tətbiq ediləcək və əsasən "ÜST-ün daxili əməliyyatları üçün duyulan ehtiyyaclar"a yönəldiləcək.

ÜST rəhbərinin sözlərinə görə, sənəd yaxın günlərdə yayımlanacaq. Məqsəd "qlobal və regional koordinasiyada tədarük məsələləri kimi əhəmiyyətli sahələrdə təşkilatın rolunu gücləndirməkdir". Təşkilatın koronavirusa qarşı mübarizədə prioritet sağlamlıq tədbirlərini həyata keçirməkdə hökumətlərə texniki dəstək göstərməyə davam edəcəkləri gözlənilir.


Etiketlər:  ÜST pandemiya ilə mübarizəyə ilin sonuna qədər milyard dollara gərəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ