Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 12:09
"Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu deputat Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək Ermənistanın Azərbaycan torpaqarının işğal etməsinə dəstək veriblər:
"Xəyanətkarların, satqınların toplaşdığı Millli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə onların səfiri funkisyasını yerinə yetirir. Mən hüquq mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insaların, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır".