Tarix: 8 May 2020 14:44
“Barselona” koronavirusa görə mart ayından dayandırdığı məşqləri bərpa edib.
Qol.az xəbər verir ki, bu barədə klubun Tvitter səhifəsi məlumat yayıb. Dünən bütün futbolçuların koronavirus testi mənfi çıxdığından bu gün komanda klubun bazasında məşqə başlayıb.
Qeyd edək ki, Kataloniya klubu 27-ci turda dayandırılan La Liqada 58 xalla turnir cədvəlinə başçılıq edir.