Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamısının burnu kəsik, dodağı şişmə'' - Zöhrə Abdullayevadan müğənnilərə

''Hamısının burnu kəsik, dodağı şişmə'' - Zöhrə Abdullayevadan müğənnilərə

Tarix: 8 May 2020 15:20

"Gənc xanım ifaçıları dinləyirəm. Amma surətləri yadımda qalmır. Hamısının burnu kəsik, dodağı şişmə. Eynisifətdilər deyə, adları yadımda qalmır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "7 canlı" verilişində deyib. Müğənni gənc ifaçılardan bəhs edib. O bildirib ki, yeni çıxan sənətçilər plastik müdaxilələr çox etdirir və biri-birinə oxşayır.

Z.Abdullayeva trenddə olan ifaçılarla bağlı suala belə cavab verib:

"Yeni çıxanları tanımıram. Savadsız deyiləm, amma "trend" nədir? İndi bazar iqtisadiyyatıdır. Özü bilir birinci yerə neçə çıxır.

Qalmaqal edənlər isə... Allah onlara təmkin versin. Dalaşmasınlar, bir-birini qırmasınlar. Abır-həya yaxşı şeydir. Pərdəsiz heç nə olmaz. Hamımız eyni yolu yolu gedirik".


Etiketlər:  Hamısının burnu kəsik dodağı şişmə Zöhrə Abdullayevadan müğənnilərə


RƏYLƏR