Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 20:00
Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin virtual qonağı olub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa xəstəliyin yenidən qayıtdığını bildirib. O deyib ki, şiş bu dəfə böyrək damarlarında yaranıb:
"Təəssüf ki, yenidən xərçəngə yoluxmuşam. Böyrək damarlarımda törəmələr çıxıb. Yenə də ayaqüstəyəm, çalışıram yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə. Məcburam...
Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Mənim dərmanım kimyaterapiyadır, amma qanım aşağıdır, olmur. Bir ay içində 150 iynə vurulub mənə. O qədər ağır hallar keçirirəm ki... Orqanizmim tab gətirmir. İndiki durumum yaxşı deyil".