Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2020 23:36
Zaqatalada 13 yaşlı qızı avtomobil vurub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Məftun Murtuz oğlu Cabbarov idarə etdiyi "VAZ 2103" markalı minik avtomobili ilə Zaqatala şəhərindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Zaqatala şəhər sakini, 2007-ci il təvəllüdlü Həlimə Şaban qızı Şabanovanı vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı H.Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.