Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 10:57
"Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun ssözlərinə görə, stansiyanın girişində hərarəti olan sərnişin metroya buraxılmır: "Əgər stansiya daxilində hansısa sərnişində yüksək və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir və həmin sərnişin həkim briqadasına təhvil verilir.
Ümumiyyətlə metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür".