Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

39 yaşlı futbolçu ilə yeni müqavilə

39 yaşlı futbolçu ilə yeni müqavilə

Tarix: 9 May 2020 11:36

Argentinanın "Nyuells Old Boys" klubu 39 yaşlı futbolçusu Maksi Rodriqeslə müqavilənin müddətini uzadıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli yarımmüdafiəçi ilə yeni müqavilə 2021-ci ilə qədərdi. Argentinalı futbolçu son mövsümdə 24 oyuna çıxıb, 6 qola imza atıb. Məhz bu məhsuldarlığına görə, klub təcrübəli futbolçunu daha bir il saxlamağa qərar verib.

Qeyd edək ki, peşəkar karyerasına 1999-cu ildə məhz "Nyuells Old Boys" klubunda başlayan Rodriqes, daha sonra İspaniyada "Espanyol", "Atletiko" (Madrid), İngiltərədə "Liverpul"un, Uruqvayda "Penyarol"un uğurları üçün çalışıb. O, Argentina millisində 50-dən çox oyun keçirib, 16 qol vurub.

Milli.Az


Etiketlər:  yaşlı futbolçu ilə yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ