Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 13:50
"Yuventus"un futbolçusu Adrien Rabyo klubunu dəyişə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Everton" maraqlanır. Ançelottinin çalışdırdığı klub yaxın günlərdə Rabyo üçün rəsmi təklif göndərəcək. Fransa millisinin yarımmüdafiəçisi ilə "Mançester Yunayted"in də maraqlandığı deyilir.
Qeyd edək ki, ötən yay "Yuventus"a keçən Rabyo cari mövsüm ərzində 24 oyunda iştirak edib.