Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 18:30
Kiyev "Dinamo"sunun sabiq futbolçusu, hazırda isə Xorvatiyanın U-20 yığmasının məşqçisi vəzifəsində çalışan Oqnen Vukoyeviç polis bölməsinə aparılıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna onun evinə sərxoş halda gedərək həyat yoldaşı, baldızı və qaynananasını öldürməklə hədələməsi səbəb olub. Vukoyeviçin ailəsindən bir nəfər polisə ondan şikayət edib. Bundan sonra o, bölməyə aparılıb və dindirilib. Vokoyeviçə qarşı istintaq getdiyi vurğulanıb.
Qeyd edək ki, sabiq oyunçu həyat yoldaşı ilə 2016-cı ildə evlənib.