Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 14:58
TƏBİB-in rəhbəri Ramin Bayramlı mayın 8-da "Atletlər kəndi"ndəki karantin mərkəzinə xeyli sayda insanın gətirilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, R.Bayramlı musavat.com-un sualına cavab olaraq bildirib ki, həmin şəxslərin əksəriyyəti xarici ölkədən gətirilən vətəndaşlardır: "Həmin karantin mərkəzinə daxildə olan müəyyən qrupları da yerləşdiririk. Məsələn, tibb işçiləri də işlərini bitirdikdən sonra evə buraxılmazdan əvvəl orada 14 gün karantində saxlanılır. Orada, həmçinin işə göndəriləcək neftçilər də karantində saxlanılır. Digər sahələrdə çalışan şəxslər də orada müayinədən keçirildikdən sonra evə və ya işə buraxılırlar. Amma həmin karantin məntəqəsində əsasən xaricdən gələn vətəndaşlarımız yerləşdirilir".
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bütün beynəlxalq uçuşlar dayandırılıb. Dünyanın müxtəlif ölkələrində Azərbaycan vətəndaşları da qalıb. Bir neçə həfətdir Rusiya, Türkiyə və Ukraynada olan həmvətənlərimizin mərhələli şəkildə ölkəyə gətirilməsinə başlanılıb.