Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2020 16:56
"Fənərbağça"nin futbolçusu Vedat Muriki karyerasını Premyer Liqada davam etdirə bilər.
Goal.az xəbər verir ki, bu barədə Kosova Futbol Federasiyasının prezidenti Aqim Ademi deyib:
"Muriki yayda "Fənərbağça"nı tərk edəcək. Onunla bir çox top klub maraqlanır. Lakin əsas mübarizə Tottenham və Napoli arasında olacaq".
Qeyd edək ki, Muriki cari mövsüm ərzində "Fənərbağça"nın heyətində 28 oyuna 15 qol vurub.