Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 08:20
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının qısa müddətdə qarşısının alınması üçün çalışıblar və qısa vaxtda alov söndürülüb.
Sonxeber.net xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib: "Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir".
Nazir bildirib ki, bir müddət əvvəl burda yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən plan üzrə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, o, sahibkarların fəaliyyətinə şərait yaradıb.
"Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq öz səlahiyyəti çərçivəsində tikinti və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparır, çatışmazlıqlarla bağlı sahibkarlara xəbərdarlıq edir, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir. Bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyekt haqqında daha ciddi tədbir görəcəklər. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir",- deyə nazir söyləyib.