Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2019 08:16
Bakı. Trend:
Malayziyanın şərq rayonlarında baş verən güclü daşqınlar səbəbindən 1 mindən çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə "The Straits Time" qəzeti yazıb.
Ən ciddi dağıntılar Saravak ştatının mərkəzi və şimal bölgələrində qeyd olunub, burada daşqın çaylarının hündürlüyü 5 metrə çatır.
Daşqınlar ölkənin şərqin də təxminən bir həftə davam edən güclü yağıntılar səbəbindən başlayıb. Hava proqnozlarına görə, yaxın günlərdə yağış miqdarı azalacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin