Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuventus”un futbolçusundan şok etiraz

“Yuventus”un futbolçusundan şok etiraz

Tarix: 12 May 2020 14:28

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliyaya qayıtmaqdan imtina edir.

Qol.az-ın xəbərinə görə, “L’Equipe” nəşri yazıb ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyo geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyo əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.

 


Etiketlər:  Yuventusun futbolçusundan şok etiraz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ