Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 22:04
İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksin hazırladıqlarını bildiriblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, tədqiqatçılar tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar.
Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər.
Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.
Vaksinin hazırlanması ilə məşğul olan şirkətin rəhbəri bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında keçiriləcək.