Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Tramp və Putinlə görüşəcək - Vaxt açıqlandı

Ərdoğan Tramp və Putinlə görüşəcək - Vaxt açıqlandı

Tarix: 7 Iyun 2019 10:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Valdimir Putinlə görüşəcək. Trend-in məlumatına görə, ölkə liderlərinin görüşü R.TƏrdoğanın Yaponiyaya səfəri zamanı baş tutacaq.

Türkiyəli liderin Yaponiyaya səfərinin iyunun 28-29-da baş tutacağı bildirilir. Səfərin məqsədi burada keçiriləcək "G20" böyük iyirmiliyin sammitində iştirak etməkdir. Liderlər arasında görüşlərin də məhz bu sammit çərçivəsində baş tutacağı qeyd edilir.

Görüşlər zamanı regional məsələlərlə yanaşı, Türkiyənin Rusyadan S-400 qurğularının alması məsələsinin bir daha müzakirə edləcəyi gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərdoğan Tramp Putinlə görüşəcək Vaxt açıqlandı


RƏYLƏR