Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2020 13:20
Sonxeber.net bildirir ki, ARB TV-nin "Elgizlə İzlə" verilişinə müraciət edən Vəfa xanımın dedikləri hər kəsin təəccübünə səbəb olub:
"Qızımın adı Adilədir, 11 yaşı var, amma 3 yaşında uşaq kimidir. Qızım doğulanda həkimin əlindən yerə düşdü. Sonra yoxladılar qızımı, dedilər ki, başının arxa məməcikləri əzilib. 5-6 il olar ki, müalicəsini dayandırmışam, imkanım yoxdur. 2 uşağım var, oğlan atasındadır, qızım isə mənimlədir. Atası heç Adilə ilə maraqlanmır. Mənə deyirlər ki, ölüb gedəcək, niyə baxırsan bu uşağa?"