Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxtda yeni infrastruktur və yol genişləndirilməsi layihələri icra olunacaq

Paytaxtda yeni infrastruktur və yol genişləndirilməsi layihələri icra olunacaq

Tarix: 13 May 2020 15:04

Bakı şəhəri Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə, 28 May, Yusif Səfərov küçələrinin bir hissəsinin genişləndirilməsi, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında isə yeni infrastrukturların yaradılması layihəsi icra olunacaq. Bu məqsədlə tikinti altına düşən ağacların köçürülməsi və köçürülməsi mümkün olmayan ağacların götürülməsinə ictimai dinləmədən sonra müsbət rəy verilib. Bir şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov məlumat verib.

O qeyd edib ki, layihələrin mühüm sosial-infrastruktur əhəmiyyəti, tıxacların aradan qaldırılması baxımından vacibliyi nəzərə alınıb. Bu səbəbdən mövcud tələblər və qaydalar çərçivəsində sözügedən ərazilərdə tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsi yaxın günlərdə həyata keçiriləcək:

"Məqsədimiz bütün layihələrin ekoloji tələblərə cavab verməsini, götürülməsinə zərurət yaranan yaşıllıqların yerində daha çox ağac əkilməsini təmin etməkdir".


Etiketlər:  Paytaxtda yeni infrastruktur genişləndirilməsi layihələri icra olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ