Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ilk yarısında dünya ticarəti 30 faiz azalacaq - BMT-nin proqnozu

İlin ilk yarısında dünya ticarəti 30 faiz azalacaq - BMT-nin proqnozu

Tarix: 13 May 2020 18:56

Bu ilin ilk üç ayı ərzində dünya ticarəti koronavirus pandemiyası ilə əlaqədar 3 faiz azalıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu ilin ikinci rübündə isə 27 faiz azalma proqnozlaşdırılır.

Dünya ticarətinin azalması xammal qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşması ilə müşayiət olunur. Belə ki, azad bazarda olan xammal qiymətlərinin indeksi yanvar ayında dəyərinin 1,2 faizini, fevralda 8,5 faizini, mart ayında isə 20,4 faizini itirib.

Qeyd edək ki, 2008-ci il qlobal maliyyə böhranı dövründə xammal qiymətlərinin indeksi ən çox 18,6 faiz azalıb.

Mütəxəssislər bildirir ki, hazırkı azalma tendensiyalarının müddəti və gücünün nə qədər davam edəcəyi qeyri-müəyyəndir.


Etiketlər:  İlin yarısında dünya ticarəti faiz azalacaq proqnozu


RƏYLƏR