Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb

Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb

Tarix: 14 May 2020 08:16

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin qızma tempinin qorunub saxlanması halında yalnız əsrin sonunda baş verəcək. Alimlər səhv ediblər. Belə ki, yeni tədqiqatlara əsasən bu cür iqlim dəyişiklikləri artıq bütün qitələrdə başlayıb. Sözügedən iqlim dəyişiklikləri isə bir çox regionun iqtisadiyyatını məhv edəcək və orda yaşayan insanların fizioloji olaraq sağ qalma hüdudlarını yüksəldəcək. Bu barədə Phys.org saytı xəbər verib.

ABŞ-ın Kolumbiya Universitetinin alimləri tərəfindən aparılmış yeni tədqiqata əsasən görülməmiş istilik və nəmişlik Asiyanın, Afrikanın, Avstraliyanın, Meksika körfəzi də daxil olmaqla Şimali və Cənubi Amerikann bir çox yerlərində artıq reallığa çevrilir.
    Alimlər İran körfəzi boyunca insanın nəzəri cəhətdən sağ qalma hüdudunu keçmiş kiçik istilik dəyişikliklərini müşahidə ediblər. Hələ ki, bu cür hadisələr məhdudlaşdırılmış ərazilərdə və bir neçə saat ərzində baş verirlər. Lakin onların tezlikləri və intensivlikləri getdikcə artır. "Əvvəlki tədqiqatlar proqnozlaşdırırdılar ki, bu, bir neçə onillikdən sonra baş verəcək. Lakin bizim tədqiqatımız onu göstərir ki, bu artıq baş verir. Hadisələrin baş vermə müddətləri və təsir sahələri qlobal istilişməyə müvafiq olaraq yüksəlir" - deyə tədqiqat rəhbəri Colin Raymond qeyd edib.

Nəmişlik insan üçün təhlükəlidir. Belə ki, o, insan bədəninin tər vasitəsilə soyuması üzrə gedən təbii prosesi çətinləşdirir. Quru isti hava şəraiti insan bədənindəki nəmişliyi buxarlandıraraq bədən temperaturunu aşağı salır. Lakin hava üstəlik həm də nəmişli havadırsa, o, bədəndəki nəmişliyin buxarlanması prosesini ləngidə və ya ümumiyyətlə dayandıra bilər. Bu halda insan bədəni sağ qalma hüdudunu keçməyə qadir səviyyəyə kimi qızır. Nəticədə insanın daxili orqanları sıradan çıxmağa başlayır.

Hətta fiziki cəhətdən yaxşı hazırlıqlı insan kölgədə qalsa və onun yanında yetəri qədər içməli su olsa da o, bir neçə saatdan sonra ölə bilər.
    Hava stansiyalarının 1979-cu ildən 2017-ci ilə kimi olmuş hər bir saat üzrə məlumatları ilk dəfə analiz edən zaman alimlər aşkar etmişdilər ki, yüksək temperatur və nəmişlik göstəriciləri analiz edilmiş period üzrə iki dəfə yüksəlib. Bu məsələ üzrə çoxlu sayda hadisə Hindistanda, Banqladeşdə, Pakistanda, Avstraliyanın şimal-qərb hissəsində, Qırmızı dənizin və Meksika körfəzinin sahil boyu regionunda və həmçinin Cənub-Şərqi Asiyanın, Çinin cənubunun, subtropik Afrikanın və Karib dənizinin bəzi regionlarında müşahidə olunub.

İqlim dəyişikliyi üzrə ciddi göstəricilər artıq 14 dəfə Səudiyyə Ərəbistanının, Qətərin və Birləşmiş Ərəb Əmirliklərinin 3 şəhərində qeydə alınıb. Bu cür hadisələr əsasən çayların, göllərin və körfəzlərin sahillərində baş verir. Həmin ərazilərdə buxarlanmalar havanın nəmişliyini artırırlar. Ən böyük təhlükə altında qalan ölkələr isə kasıb olkələrdir. Belə ki, bu cür ölkələrdə yaşayan insanlar kondisionerlə yanaşı heç elektrik enerjisinə də sahib deyillər. Öz həyatlarını davam etdirmək üçün isə onlar açıq hava şəraitində çalışmalı olurlar. Dözülməz isti hava şəraiti gec-tez bu cür ölkələrin iqtisadiyyatlarını məhv edəcək.


Etiketlər:  Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ