Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:28
Türkiyə Super Liqasında mübarizə aparan daha bir klub koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra məşqləri bərpa edib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Gaziantep" komandasının üzvləri ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda üzvlərindən, məşqçilər korpusundan və digər klub çalışanlarından götürülən bütün koronavirus testlərinin nəticəsi mənfi olub. Bu üzdən də futbolçuların sosial məsafə qaydalarını qorumaq şərtilə məşqə başlamasına icazə verilib.
Qeyd edək ki, Türkiyə Super Liqasında 2019/20 mövsümünün iyunun 12-dən etibarən bərpası nəzərdə tutulub.