Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nodulyar dermatit xəstəliyi ilə mübarizə necə aparılmalıdır? - AQTA maarifləndirir

Nodulyar dermatit xəstəliyi ilə mübarizə necə aparılmalıdır? - AQTA maarifləndirir

Tarix: 14 May 2020 18:54

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, budəfəki maarifləndirici mövzu "Heyvanlarda nodulyar dermatit xəstəliyi ilə mübarizə necə aparılmalıdır?" haqqındadır.

Nodulyar dermatit iribuynuzlu heyvanların virus mənşəli xəstəliyidir. Mövsümi xarakter daşımaqla əsasən yaz-yay aylarında həşəratların çoxaldığı dövrdə aktivləşir. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar və digər virus daşıyıcılarıdır. Bu virus içməli su, yem, süd, şpris vasitəsi ilə (birdəfəlik deyilsə) və ya birbaşa təmas yolu ilə yayıla bilir. İnfeksiya qansoran həşəratların dişləməsi ilə ötürülür. Xəstəlik yoluxma baş vermiş ərazilərdən heyvanların hərəkəti zamanı da yayıla bilir. Nodulyar dermatit zamanı heyvanın dərisində yaranan düyünlər, ağrılı olur və dərini yararsız hala salır. Bu xəstəliyin əlamətləri yüksək hərarət, iştahsızlıq, dəridə 1-5 sm ölçüdə yumuru düyünlər, əksər hallarda düyünlərin mərkəzində qaysağın əmələ gəlməsi, gözlərin sulanması, burun axıntısının çoxalması, çənəaltı və digər limfa düyünlərinin şişməsi, nadir hallarda boğaz heyvanlarda balasalma ilə müşahidə olunur.

Bu xəstəliklə mübarizə məqsədilə mütləq heyvanlar arasında dövri peyvəndlənmə aparılmalı, sistematik olaraq həşəratlar əleyhinə preparatlardan istifadə edilməli, təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri gücləndirilməlidir. Peyvəndlənmə dövlət vəsaiti hesabına rayon baytarlıq idarələri tərəfindən aparılır. Qeyd edək ki, peyvəndlənmə ilə yaranan immunitet vaksindən asılı olaraq heyvanı 1 ildən artıq müddət ərzində xəstəlikdən qoruya bilər.


Etiketlər:  Nodulyar dermatit xəstəliyi ilə mübarizə necə aparılmalıdır AQTA maarifləndirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ