Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Postpandemiya dövründə turizm sahəsində qiymətlər necə olacaq?

Postpandemiya dövründə turizm sahəsində qiymətlər necə olacaq?

Tarix: 15 May 2020 12:30

Əsas məqsədimizdən biri karantinin bitdiyi ilk dövrlərdə əhalimizə regionlarda münasib qiymətlərlə yüksək səviyyəli xidmət göstərməkdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, postpandemiya dövründə turizm sahəsində qiymətlərin əlçatan olması, əhalinin heç olmasa, yay dövrü ərzində ölkə daxilində öz büdcələrinə uyğun istirahət edə bilməsi də əsas məsələlərdəndir.

K.Quluzadə bununla bağlı turizm sahəsində çalışan iş adamları ilə müzakirələrin aparıldığını da söyləyib:

"Əslində, bazar da postböhran dövründə qiymətlərin aşağı olmasını diqtə edir. Sərhədlər açıldıqdan, xarici turistlər yenidən Azərbaycana gəldikdən sonra qiymətlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq stabilləşəcək. Həmin dövrdə turizm sahəsində karantindən əvvəl mövcud olan qiymətlər də geri qayıda bilər. Amma biz istəyirik ki, ilk dövrdə regionlarda əhalimizə münasib qiymətlə, sərfəli və yüksək səviyyəli xidmət göstərilsin".

K.Quluzadə Azərbaycanda turistlərin yerləşdirilməsi baxımından problemin olmadığını da qeyd edib.

Milli.Az


Etiketlər:  Postpandemiya dövründə turizm sahəsində qiymətlər necə olacaq


RƏYLƏR