Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 13:28
Bakı. Trend:
ABŞ-da sentyabr ayının ortalarınadək 10 milyon donuz məhv ediləcək.
Trend-in məlumatına görə, bunu ölkənin Milli Donuz əti İstehsalçıları Şurası bildirib.
Qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar ət fabriklərinin istehsal gücünü azaltması, fermalarda donuzların sayının artmasına səbəb olub.
Buna görə qida və yer çatışmazlığı ilə əlaqədar fermerlər donuzların sayını azaltmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, ABŞ-ın ət istehsalı sektorunda işləyənlər arasında 14 min yoluxma qeydə alınıb, 54 nəfər ölüb.